Gürcüstan və Ermənistan sərhədində atışma - iki ölü

26 Noyabr 2013 13:29 (UTC+04:00)


Gürcüstan polisi dünən axşam iki nəfərin ölümü və bir nəfərin yaralanmasında təqsirli bilinən 6 nəfəri həbs edib. Bu barədə məlumatı Gürcüstan DİN-nin mətbuat xidməti yayıb.

Məlumata görə həmin şəxslər noyabrın 25-də yerli vaxtla 19.00 radələrində "Sadaxlı" Gürcüstan-Ermənistan sərhəd keçid məntəqəsində "makarov " tipli tapançadan atəş açaraq, 3 Gürcüstan vətəndaşını vuraraq, hadisə yerindən qaçıblar.

Xəstəxanaya çatdırılan 3 nəfərdən ikisi həyatını itirib. Hadisədən bir neçə dəqiqə sonra həmin şəxslər magistral yolda saxlanaraq həbs olunub. Onların üzərindən silah götürülüb.

Elman
AzNews.az