10 yaşında ana oldu - ŞOK
26 Noyabr 2013 14:06 (UTC+04:00)
Dünən İstanbul Kartal Təhsil və Araşdırma Xəstəxanasında on yaşında bir qız ana olub.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saat 21.00 -də baş verib. Xəstəxanaya gətirilən H.Ç., təcili doğum bölməsinə alınıb və bir uşaq dünyaya gətirib.
Həkimlər xəstəni qeydiyyata alarkən gözlərinə inanmayıblar.
Ana H.Ç-nin şəxsiyyət vəsiqəsində doğum tarixi 05.01.2003 yazılıb. Yəni 10 yaşında bir uşaq doğub.
Həkimlər hadisəni dərhal polisə bildiriblər. Türkcə bilməyən ananın ifadəsi tərcüməçinin köməyi ilə alınıb. Həmçinin qızın həyat yoldaşının və atasının da ifadələri alınıb. Hadisə ilə bağlı istintaq başladılıb.
Elman
AzNews.az