Türkiyədə 3 azərbaycanlı saxlanıldı

26 Noyabr 2013 14:35 (UTC+04:00)
Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında ölkədən qeyri-qanuni yolla 2 min ədəd mobil telefon çıxarmaq istəyən 3 azərbaycanlı saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat verib.

Məlumata əsasən, telefonların heç bir gömrük deklarasiyası olmayıb.
Məlumatda o da qeyd olunur ki, ölkədən çıxarılması planlaşdırılan telefonların ümumi dəyəri 2 milyon türk lirəsi məbləğindədir.

AzNews.az