Nigeriyada quldurlar 37 dinc sakini öldürdü

26 Noyabr 2013 18:13 (UTC+04:00)
AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Nigeriyanın mərkəzi hissəsində quldurlar səhər alatoran 4 kəndə basqın edərək 37 dinc sakini öldürüblər. Hələ ki, heç bir terrorçu təçkilat hadisəni öz üzərinə götürməyib. Hökumət isə hadisənin "Bako Haram" terror birləşməsi tərəfindən törədildiyini bildirib

AzNews.az