Xaçmazda oğru tutuldu

26 Noyabr 2013 18:18 (UTC+04:00)
Xaçmaz rayonun Xudat şəhərində oğurluq faktının üstü açılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, ev quşlarını oğurlamaqda təqsirləndirilən şəxs Samir Qasımov Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İstintaqa verdiyi ifadəsində o etdiyi əməli etiraf edib.

Qeyd edək ki, S. Qasımov bundan əvvəl də iki dəfə məhkumluq həyatı yaşayıb.

AzNews.az