Ekipajın hər birinin ailə üzvlərinə 2 milyon yardım edildi

26 Noyabr 2013 18:45 (UTC+04:00)

AzNews.az Tatarıstan saytlarına istinadən xəbər verir ki, "Tatarıstan" aviakompaniyası 17 noyabrda qəzaya uğrayan təyarənin ekipaj üzvlərinin ailələrinə yardım məqsədilə onların hər birinin ailəsinə 2 milyon rubl verilməsi barədə qərar qəbul edib. Bu məbləğin 100 mini müqaviləyə uyğun olaraq "Ak Bars Straxovanie" sığorta şirkətinin payına düşür.
25 noyabrda aviaşirkət ekipajın hər birinin ailə üzvlərinə artıq 658 min maddi yardım göstərib. Bu həftənin sonuna qədər qalan məbləgin də verilməsi planlaşdırılır.
Xatırladaq ki, 17 noyabr, yerli vaxtla 19.24 - də "Tatarıstan" aviaşirkətinə məxsus, Domodedova(Moskva) aeroportundan havalanan və 363 - cü reyslə Kazana uçan "Boeinq 737" təyyarəsi Kazanda eniş edərkən qəzaya uğrayıb. Təyyarədə olan 44 sərnişin və 6 ekipaj üzvlərinin hamısı həlak olub.

Əli
AzNews.az