20 yaşlı qız dəm qazından boğuldu
26 Noyabr 2013 19:05 (UTC+04:00)
AzNews.az - ın Binəqədi Rayon Polis İdarəsindən aldığı məlumata görə, hadisə Binəqədi qəsəbəsi Nizami küçəsi, ev 23 ünvanında baş verib.
Həmin ünvanda yaşayan 1993-cü il təvəllüdlü Leyla Gülbudaq qızı Xəlilova dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az