Belarusiyada polisi terrorist bilib tutdular
26 Noyabr 2013 20:13 (UTC+04:00)
AzNews.az belorus mətbuatına istinadən xəbər verir ki, Belorusiyanın Jolobin şəhərində xüsusi təyinatlı polis dəstəsinin (OMON) əməkdaşı Aleksandr Dubrov təsadüfən mülki geyimdə olan həmkarını terrorist bilərək tutub.
Hadisə xokkey matçına az qalmış yerli Buz sarayının yaxınlığında baş verib. Oyun ərzindəı qayda-qanun yaratmalı olan "omon"çu özünü şübhəli aparan bir nəfərin gizli şəkil çəkdiyini görür.
Bir müddət izlədikdən sonra Dubrov "şübhəli"ni tutmaq qərarına gəlir. Ciddi müqavimətlə qarşılaşdığını görən xüsusi təyinatlı qandalı tutduğu səxsin qollarına keçirib və onu polis şöbəsinə aparıb. Yolda tutuqlanan polis olduğunu, mayor rütbəsi daşıdığını bildirib və vəsiqəsinin yerini göstərib. Vəsiqə ilə tanış olan Dubrov qandalı açıb, amma yanındakının qəribə davranışlarını görən kimi yenidən onu qandallayıb.
Sonra respublika DIN məlumat verib ki, qiyafəsini dəyişmiş mayoru xokkey matçına əslində belə oyunlar zamanı ciddi səhvlərə yol verən "omon"çuların əməllərinə nəzarət üçün gönəriblər.
Öz həmkarını qandallayan Dubrovun vəzifəsini aşağı salaraq sahə müvəkkili təyin ediblər, o isə bununla razılaşmayaraq idarəsini məhkəməyə verib.
Azər
AzNews.az