Moskva polisi yeni reydlər keçirdi

26 Noyabr 2013 21:47 (UTC+04:00)
AzNews.az NTV - yə istinadən xəbər verir ki, Moskva polisi Yeni Moskvanın Krasnopoxorski təmir-mexaniki zavodunun sənaye zonasında qeyri leqal miqrantları müəyyən etmək üçün yeni axtarış keçirib.
"Zaslon 2" əməliyyatı zamanı qeyri leqalların yataqxanası, paltar və ayaqqabı tikən 3 sex və 280 litr spirtli içki müəyyən edilib.
Polis şöbəsinə Tacikistan, Ermənistan və Qırğızıstandan 62 nəfər aparılıb. Müəyyən olunub ki, onların çoxu Moskvada qeyri qanunu yaşayır. Gizli sexlərə gəldikdə isə yoxlamalardan sonra ola bilsin ki, cinayət işi qaldırılsın.
Qeyd edək ki, paytaxt polisi hər gün buna oxşar reydlər keçirir. Günün əvvəlində "Lesoparkovaya" metro stansiyasının tikintisində 32 nəfər qeyri leqal miqrant tutulub. Tutulanların arasında Ukrayna, Moldaviya və Azərbaycan vətəndaşları müəyyən olunub. Dünən axşam isə "Moskva" ticarət mərkəzində keçitilən növbəti reyd zamanı 700 nəfər adam saxlanılıb. "Sadovod" bazrında polislər artıq ikinci dəfə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Əli
AzNews.az