Dünyada ilk şokolad parkı- Foto

27 Noyabr 2013 15:54 (UTC+04:00)

Türkiyənin ən möhtəşəm parkı Ordu şəhərində tikiləcək.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Orduda 60 min 534 kvadrat metrlik sahədə yaradılacaq "Şokolad Parkı" layihəsi tamamlandıqdan sonra Türkiyə dünyada ilk belə layihənin yaradıcısı olacaq.

"Şokolad Park"ı layihəsi içərisində şokolad satış yerləri, seyr təpəsi, oyun parkı, yat körpüsü, işıq oyunları ilə şokolad araşdırma və inkişaf etdirmə mərkəzi yaradılacaq.

2014-cü ildə tikintisi başlayacaq park 2015-ci ildə istifadəyə veriləcək.

Elcan Məmmədov
AzNews.az