Üzünə ət yeyən virus düşdü... qorxunc görkəm aldı

27 Noyabr 2013 16:50 (UTC+04:00)
Sri -Lankada yaşayan 59 yaşlı qadının başına inanılmaz hadisə gəlib. Karunavasi adlı qadın yaşadıqları kənddə yeni ev tikmək qərarına gəlib.

AzNews.az bildirir ki, oğluyla birlikdə evin inşasına başlayan Karunavas, bir gün yanağında infeksiyanın meydana gəldiyini görüb.

Ertəsi gün üzü şişmiş və yüksək hərarətlə xəstəxanaya aparılan qadının bədənində ət yeyən virus aşkar edilib. Əməliyyata edilən qadının üzünün viruslu hissələri kəsilib. Bütün müalicələrə baxmayaraq vəziyyət dəyişməyib.

Gözünü və üzünün yarısını itirən qadın qorxunc görünüş alıb. Qadının köməyinə bir amerikan xəstəxanası gəlib.

Xəbərlərdən qadının vəziyyətini öyrənən xəstəxana rəsmiləri üz dərisi köçürmək üçün onu ABŞ-a aparacaqlarını bildirib . Qadın dünyanın üz dərisi köçürülən 6-cı adamı olacaq.

Elcan Məmmədov
AzNews.az