Dənizkənarı Bulvarda işləri davam etdirmək üçün 10 milyon pul ayrıldı - SƏRƏNCAM

27 Noyabr 2013 18:11 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində Dənizkənarı Bulvarda yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AzNews.az Azər Tac - a istinadən xəbər verir ki, sərəncama əsasən Dənizkənarı Bulvarda aparılan yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə 10 (on) milyon manat ayrılıb.

AzNews.az