Sərgidə pulsuz e-imza paylanacaq
28 Noyabr 2013 08:32 (UTC+04:00)
Bakıda "Bakutel-2013" sərgisi keçiriləcək. Noyabrın 1-də start götürəcək sərgi 1 həftə davam edəcək.
AzNews.az xəbər verir ki, tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Elektron Hökumət Portalı" pavilyonu quraşdıracaq. Pavilyonu ziyarət edən hər kəs "Elektron Hökumət Portalı" stendində qeydiyyatdan keçməklə "e-imza" kartına pulsuz sahib olma imkanı əldə edəcək.
MHM-in direktor müşaviri Vüqar Abdullayev AzNews.az-a açıqlamasında bildirib ki, bu, "Elektron Hökumət" portalında e-xidmətlərdən istifadənin artırılması məqsədi daşıyır: "İlk növbədə vətəndaşların e-xidmətlərə olan marağını nəzərə alıb belə bir addım atma q qərarına gəldik.
Pavilyona müraciət edən vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməklə sadələşdirilmiş kod-parol əldə edə biləcəklər. Bundan sonra vətəndaş pavilyon ərazisindəcə www.e-gov.az portalına daxil olaraq, elektron imza almaq üçün "Vətəndaşlar üçün elektron imza sertifikatları sifarişi" bölməsində onlayn müraciət formasını dolduracaq.
Müraciət forması qəbul olunduqdan sonra pavilyonda qısa zaman müddətində vətəndaşın adına olan e-imza vəsiqələri hazırlanaraq, onlara təqdim ediləcək. Beləliklə, vətəndaş Sertifikat Xidmət Mərkəzinə getmədən "e-imza" kartını pulsuz əldə edəcək".
Ruhiyyə
AzNews.az