Millət vəkilinin qızı və baldızı parlamentdə bir-birini döydü
28 Noyabr 2013 08:38 (UTC+04:00)
Türkiyədə CHP-ni parlamentdə təmsil edən millət vəkili Durdu Özpolatın parlamentdəki otağında qızı ilə baldızı arasında dava olub. İki qadın bir-birindən şikayət edib.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özpolatın qızı Gizem Özpolatla baldızı Fatma Eroğlunun davasına polis müdaxilə edib. Onların hətta bir-birini döyüdüyü iddia edilir.
Hər iki qadının üzü və boynunda cırmaq izi olub.
Elnur
AzNews.az