Sumqayıtda qəza – sürücü öldü

28 Noyabr 2013 09:14 (UTC+04:00)

Sumqayıtda sürücünün ölümü ilə nəticələnən qəza hadisəsi baş verib. AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qəza şəhərin H.Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Cəsarət Mehdiyev idarəetməni itirərək qəza törədib. Belə ki, "Mercedes" markalı avtomobili yolayrıcısına vurub. Sürücü hadisə yerində ölüb.

AzNews.az