Keçmiş nazirə qarşı 56 milyonluq iddia

28 Noyabr 2013 10:02 (UTC+04:00)

Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukova qarşı cinayət işi açılıb. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sabiq nazir səhlənkarlıqla dövlətə 56 milyon rubl ziyan vurmaqda ittiham edilir.

Nazirin ittiham edilməsinə Həştərxan vilayətinin Krasa kəndindən Şkolnıy adasına avtomobil yolunun çəkilməsi zamanı dövlətə külli miqdarda ziyan vurulması səbəb olub.

Əsgərlər hərbi xidmət və təlimlə məşğul olmaq əvəzinə, yaşıllaşdırma və yol çəkilişinə cəlb edilib. Ancaq daha sonra məlum olub ki, yolun çəkildiyi ərazidə özəl obyektlər var və yoldan daha çox onlar istifadə edirlər.

Beləliklə də dövlət büdcəsi hesabına özəl şirkətlərə xeyir verilib.

Elnur
AzNews.az