Kosta-Rikada qatarlar toqquşdu: 57 yaralı

28 Noyabr 2013 11:50 (UTC+04:00)
Bu gecə Kosta-Rikanın Pavas şəhərində iki sərnişin qatarının toqquşması nəticəsində 57 nəfər xəsarət alıb.

Hadisə yerində Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları çalışırlar. Ağır dərəcədə xəsarət alan sərnişinlərdən 17-si yerli hospitala göndərilib. Digər yaralılara hadisə yerində tibbi yardım göstərilib.

Kosta-Rikanın Dəmiryol İnstitutunun nümayəndələri hesab edirlər ki, qəzaya səbəb telefon rabitəsindəki nasazlıqla bağlı dəmiryol dispetçerlərinin hərəkətinin razılaşdırılmaması olub.(trend)