“Polis veteranı” medalı ilə bağlı Sərəncam verildi

28 Noyabr 2013 14:31 (UTC+04:00)
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının "Polis veteranı" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Qanunundakı dəyişikliklərin tətbiqi haqqında
sərəncam imzalayıb.

AzNews.az-ın xəbərinə görə, sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılsın ki, "Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında" Prezidentin sərəncamının icrasını "Azərbaycan Respublikasının "Polis veteranı" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 98-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 738-IVQD nömrəli Qanununa uyğun olaraq təmin etsin.

AzNews.az