Millət vəkili etiraz etdi: “Səlahiyyətlər artırılmasın“

28 Noyabr 2013 16:21 (UTC+04:00)


"Bələdiyyələrin təcrübəsi artdıqca səlahiyyəti də genişlənə bilər".


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Fəzail İbrahimli deyib.

F. İbrahimli bildirib ki, artıq ölkədə bələdiyyə institutu formalaşıb və qanunvericiliklə də kifayət qədər geniş səlahiyyətlərlə təmin olunub.

Bələdiyyələrin səlahiyyətlərinin daha çox artırılmasına gəlincə, deputat deyib ki, bu mərhələli şəkildə aparılmalı olan prosesdir:

"Azərbaycanda mövcud olan strukturlaşmada bələdiyyənin öz yeri var. Lakin bəzən səlahiyyətlərin daha da genişləndirilməsi haqda danışılır. Bu da icra hakimiyyətindən müəyyən səlahiyyətlərin alınıb bələdiyyələrə verilməsi deməkdir. Fikrimcə, bu bələdiyyələrin işinin keyfiyyətini artıra bilməz. Bu gün yaxşı və ya pis fəaliyyət göstərən bələdiyyə var. Bu məsələni belə başa düşürəm".

F. İbrahimli bildirib əsas idarə edən orqanın hansı struktur olması deyil, necə idarə etməsidir.

Məhəmməd
AzNews.az