Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin yeni bazasında- FOTO

28 Noyabr 2013 16:41 (UTC+04:00)
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Hərbi Dəniz Qüvvələrinin yeni bazasında olublar.

AzNews.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin sərəncamı və tapşırığına əsasən yaradılan hərbi bazanın ərazisindəki vəziyyətlə və inşası davam etdirilən obyektlərdəki işlərlə tanış olublar.

Müdafiə naziri hərbi-dəniz bazasındakı qərargah binası, yataqxana, tibb məntəqəsi, yeməkxana və məişət kompleksi, zabitlərin və onların ailələrinin yaşaması üçün yaşayış binalarındakı tikinti-tamamlama işlərinin yekunlaşdırılması, o cümlədən aparılan digər inşaat işlərinin sürətlə davam etdirilməsi ilə əlaqədar tapşırıqlar verib.

AzNews.az