Səlim Müslümov şöbə müdirlərini işdən qovdu - EKSKLÜZİV

28 Noyabr 2013 17:26 (UTC+04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov 3 rayonun şöbə müdirlərini vəzifədən kənarlaşdırıb. AzNews.az xəbər verir ki, kənarlaşdırılanlar nazirliyin Nizami rayon şöbəsinin müdiri Musa Ağamalıyev, Nəsimi rayon şöbəsinin müdiri Natiq Heydərov və Xətai rayon şöbə müdiri Cavanşir İsgəndərov.

Nazirlikdən əldə etdiyimiz məlumata görə, isə bu şəxslər barəsində rəsmi əmr yoxdur, lakin onların ərizələri artıq alınıb.

Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri İlham Məmmədov AzNews.az-a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib etdi: "İş saatı bitdiyindən, bu barədə heç biir məlumat verə bilməyəcəyik. Qaynar xəttə zəng edin".
Qaynar xətt isə cavab vermədi.

Azər
AzNews.az