Rusiya ilə Ermənistan arasında yeni saziş - VİDEO

28 Noyabr 2013 19:22 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putinin dekabrın 2-nə planlaşdırdığı İrəvan səfərinə bir neçə gün qalmış Ermənistan hökuməti Rusiya ilə yeni hərbi əməkdaşlıq sazişi imzalamağa hazır olduğunu bəyan edib. Yeni sazişə əsasən Rusiya sadələşdirilmiş qaydada Ermənistana silah ixrac edəcək. Yəni istehsal elədiyi silahı Ermənistana daxili bazardakı qiymətə satacaq.

Siyasi və Hərbi Analizlər İnstitutunun direktoru Aleksandr Xramçixin: "Çünki Ermənistanın dünya bazarlarındakı qiymətlərlə silah almağa pulu yoxdur. Bir müddət öncə də bildiyiniz kimi Rus polkovniki də Ermənistandakı Rus birliklərinin Qarabağ müharibəsi başlaması durumunda İrəvana kömək edəcəyini bəyan etmişdi. Bütün bunlar Ermənistanı sakitləşdirməyə və bölgədə balansı qorumağa yönəlib".

İmzalanması gözlənilən yeni sazişə görə həmçinin Ermənsitandakı 102 saylı hərbi bazaya 18 yeni döyüş helikopteri də göndərilməsi planlaşdırılıb. Sözügedən bazada rus əsgərlərinin sayını da artırmaq düşünülür. Rusiyanın siyasi ekspertlərinin fikrincə bu müqavilə Ermənistanı Rusiyadan daha da asılı vəziyyətə salacaq. Ancaq hərbi əməkdaşlıq sahəsində atılan bu addımlar Azərbaycana qarşı olmamaldır.

BDT ölkələrini Araşdırma Mərkəzinin direktoru, Aleksandr Qusev: "Rusiyanın yeni xarici politika konsepsiyasına görə biz həm Ermənistan və həm də Azərbaycanla yaxşı əlaqələr vurğulamalıyıq. Ermənistan birgə Təhlükəsizlik İttifaqının üzvü olduğu üçün bu ölkədə hərbi bazamız da olmalıdır. Bu bazadakı hərbi gücümüzü artıra bilərik. Lakin bu Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyində mənfi dəyişikliklərə gətirib çıxarmamalıdır. Qarabağ problemi Erməni və Azərbaycan xalqları arasında həll olunmaldır".

Maraqlıdır ki, hələ 2010-cu ildə Rusiya Prezidenti Dmitri Medvedyevin İrəvana səfəri zamanı da Gömrükdəki hərbi bazanın Rusiyaya 49 illiyinə icarəyə verilməsi barədə saziş imzalanmışdı.





AzNews.az