Prezidentin oğlu qəza zamanı pilotların yanında olub - Şok

28 Noyabr 2013 19:37 (UTC+04:00)
Kazanda "Boinq-737-500" təyyarəsinin qəzaya uğraması anında Tatarstan prezidentinin oğlu İrek Minnixanovun pilot kabinetində olması ilə bağlı yayılmış xəbər təsdiqlənib.

ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, bunu Beynəlxalq Aviasiya Komitəsinin (BAK) mütəxəssislərinin "qara qutu"dan əldə etdikləri qeydlər sübut edir. BAK mütəxəssisləri qəza anında təyyarənin kabinetində gedən danışıqların bir hissəsini açıb. Sankt-Peterburq aviasiya tədris mərkəzinin təsisçisi Arkadi Orlovun sözlərinə görə, "qara qutu" qeydlərindən aydın olur ki, təyyarə eniş zolağına enən zaman içəridə yüksək çinli məmur olub və böyük ehtimalla bu, Tatarıstan prezidentinin oğlu olub.

Ekspertin fikrincə, yüksək çinli məmurun içəridə olması heyətin fəaliyyətinə təsir edə bilər və bu da qəzaya səbəb ola bilər. Arkadi Orlovun sözlərinə görə, qəzaya uğrayan "Boinq"in uçuş heyəti şirkət üzrə ən təcrübəli olub.

Yada salaq ki, aviaqəza noyabrın 17-də Kazan hava limanına enən zaman baş verib. Hadisə zamanı 44 sərnişin və 6 heyət üzvü dünyasını dəyişib.

AzNews.az