ABŞ Ərdoğanı da dinləyib

28 Noyabr 2013 19:56 (UTC+04:00)
Milli Təhlükəsizlik Agentliyinin (NSA) G-20 zirvəsində bütün liderləri dinlədiyi iddia edilib.

Növbəti dinləmə skandalı Eduard Sonudenin açıqladığı axırıncı sənədlərlə ortaya çıxıb.

NSA-nın 2010-cu ildə Kanadanın Torontoda şəhərində təşkil olunan G-20 zirvəsinə qatılan bütün liderləri Kanadanın NSA-sı olaraq tanınan kəşfiyyat idarəsi CSEC ilə dinlədiyi irəli sürüb.

Kanadanın rəsmi yayın orqanı "CBC"yə göndərilən hesabata görə, G-20 zirvələri üçün NSA-nın dinləmək istəyi hələ də vəzifədə olan baş nazir Stefan Jozef Harper tərəfindən qəbul edilib.

"Top Secret" (Tam Məxfi) damğası və təhlükəsizlik səviyyəsi ilə hökumətə göndərilən və qəbul olunan tələbə görə, ABŞ-ın Ottavadakı səfirliyində altı gün ərzində aralarında Türkiyənin Baş naziri Ərdoğan da olmaqla G-8 və G-20 üzvü olan 25 ölkə lideri dinlənilib.


AzNews.az