Azərbaycan və Latviya prezidentlərinin görüşü olub- FOTO
28 Noyabr 2013 21:19 (UTC+04:00)
Bu gün Vilnüsdə Azərbaycan prezidenti İlham Əliyevlə Latviya prezidenti Andris Berjinsin görüşü olub.
AzNews.az xəbər verir ki, görüşdə Azərbaycanla Latviya arasında siyasi, iqtisadi və digər sahələrdə dostluq əlaqələrinin inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyəti qeyd olunub.
İki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzNews.az