Hələb şəhəri bombalandı: 15 ölü

28 Noyabr 2013 21:37 (UTC+04:00)
Suriya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus vertolyot Hələb şəhərini bombalayıb.
Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir ki, aviazərbə nəticəsində aralarında qadın və uşaqların da olduğu 15 nəfər həlak olub, onlarla insan xəsarət alıb.
Hücuma məruz qalan bölgədə xeyli sayda evə maddi ziyan dəyib, bəzi ev və avtomobillərdə isə yanğın baş verib.
Bəzi yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

AzNews.az