Ukrayna prezidenti liderlərin sözlərini qulaqardına vurdu

29 Noyabr 2013 08:26 (UTC+04:00)

Avropa İttifaqı ölkələrinin liderləri Ukraynanı sazişi imzalamağa razı sala bilməyib.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı "France-Presse" agentliyi yayıb.

Litva prezidenti Dalya Qribauskayte agentliyə müsahibəsində bildirib ki, şam yeməyi zamanı liderlərin irəli sürdüyü müddəalar Yanukoviçin ağlına batmayıb: "Hələ ki biz Yanukoviçin mövqeyini dəyişmədiyini görürük" deyə prezident bildirib.

Bəzi məlumatara görə isə, Ukraynaya 2014-cü ilin yazında yenidən sazişi imzalamaq təklif ediləcək.

Elnur
AzNews.az