“Elektron hökumət”dən “facebook” istifadəçisinə hədiyyə

29 Noyabr 2013 09:40 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, "Elektron Hökumət" özünün "Facebook" səhifəsində 100 000 izləyici səddini aşan ilk dövlət müəssisəsi olub. Məlumat Hesablama Mərkəzi həmin yüz mininci şəxsi mükafatlandırıb. Bu barədə "Elektron hökumət" portalının "facebook" səhifəsində məlumat yerləşdirilib.

AzNews.az xəbər verir ki, sözügedən səhifəni bəyənən 100 000-ci istifadəçi Rəcəb Feyzullayevdir. Qurumdan bildirilib ki, satış meneceri olan 29 yaşlı Rəcəb Feyzullayev Azərbaycan Dillər Universitetinin məzunudur.
MHM qalibə kitabça, e-imza kartı və kart oxuyucu, "Azdatacom" internet provoyderindən 1 illik pulsuz internet paketi və Planşet hədiyyə edilib.

Daha sonra Rəcəb Feyzullayev fikirlərini internet istifadəçiləri ilə bölüşüb: "Bir neçə il bundan qabaq ABŞ-da idim. Orada insanların elektron xidmətlərdən istifadəsini görəndə, fikirləşirdim ki, görəsən Azərbaycanda də belə bir gün gələcəkmi ki, insanlar növbələrdə günlərlə əziyyət çəkməsinlər, hər şey rahat və operativ şəkildə online yolla həll edilsin. Nəhayət ki, bu imkan bizim vətənimizdə də yaradıldı.

Son bir neçə aydır ki, Azərbaycanda dövlət qurumları tərəfindən "Elektron hökumət" portalınında təqdim olunan elektron xidmətlərdən böyük məmnuniyyətlə istifadə edirəm. Yalnız bunuda qeyd etmək istəyirəm ki, bir çox xidmətlər var ki, onları da Portalda görmək istərdim. "Elektron hökumət" portalının bütün əməkdaşlarına uğurlar arzu edirəm və bu cür sürpriz mükafatlandırma üçün təşəkkürümü bildirirəm".

Ruhiyyə
AzNews.az