Ərəb şeyxindən qadınlara maşın qadağası

29 Noyabr 2013 09:56 (UTC+04:00)

Qadınlara sürücülük vəsiqəsinin verilməməsi və onların maşın sürməsinə qadağa qoyulması cəmiyyəti şərdən qoruyur.

Bunu Səudiyyə Ərəbistanının müftisi Şeyx Abdüləziz ibn Abdulla əs-Şeyx bildirib.

AzNews.az xəbər verir ki, bu məsələ cəmiyyəti narahat etməməlidir.

Qeyd edək ki, qadınların maşın sürməsinə icazə verilməməsi qeyri-rəsmi olaraq 1990-cı ildən qüvvədədir. Ancaq bu barədə qanunlarda heç bir maddə yoxdur.

Səudiyyə polisi 16 qadın sürücünü cərimələyib. Onların hər biri 80 dollar cərimə ödəməyə məcbur edilib.

Elnur
AzNews.az