18 nəfər evindən çıxarılaraq güllələndi

29 Noyabr 2013 14:14 (UTC+04:00)

İraq paytaxtı Bağdaddan 32 kilometr uzaqlıqdakı Meşhada qəsəbəsində 18 cəsəd tapılıb.

Bu barədə məlumatı iraq polisi açıqlayıb. AzNews.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə,İraq təhlükəsizlik orqanları 18 adamın evindən çıxarılaraq güllələndiyini qeyd edib. İraqda son dövrdə bu cür güllələnmə hadisələrinə tez-tez rast gəlinir.

Belə hücumlarda daha çox şiələr hədəfə alınır.

Rəhim Qədirov
AzNews.az