Aerokosmik Agentliyinin binasında yanğın- Foto

29 Noyabr 2013 16:14 (UTC+04:00)
Milli Aerokosmik Agentliyinin binasında yanğın olub.


Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə agentliyin Mərkəzi Seçki Komissiyasının arxasında yerləşən inzibati binasında qeydə alınıb. Binanı qara tüstü qatı bürüyüb və yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürənlər cəlb edilib.

Milli Aerokosmik Agentliyindən isə APA-ya bildirilib ki, yanğın agentliyin binasında yox, həyətində qeydə alınıb: "Ərazidə olan zibillikdə baş verən yanğın binaya keçmək üzrə olarkən yanğınsöndürənlər tərəfindən qarşısı alınıb. Agentliyin binasına ziyan dəyməyib".

AzNews.az