İntihara cəhdin qarşısı alındı

29 Noyabr 2013 20:37 (UTC+04:00)
Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb. Aznews.az - ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs ruhi xəstədir və giriş qapısını içəridən intihar etmək məqsədilə bağlayıb. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar.

İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.

AzNews.az