Bakı-Ələt avtomagistralında avtoqəza: ölən var

30 Noyabr 2013 08:39 (UTC+04:00)
Bakı-Ələt avtomagistralında iki avtomobil toqquşub, ölən var.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Ələt magistral avtomobil yolunun 61-ci kilometrliyində Qaradağ rayonu ərazisində "Kamaz" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü və 1 nəfər sərnişini həlak olub və qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış halda qalıblar.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az