Facebook-da tanış olduğu sevgilisini “satışa çıxarmaq“ istədi

30 Noyabr 2013 09:49 (UTC+04:00)
Türkiyənin Adana şəhərində Facebook-da tanış olduğu sevgilisi tərəfindən fahişəliyə sürüklənən qız polisə şikayətlənərək əxlaqsızlıq bataqlığından qurtulub.

Osmaniyyede yaşayan 22 yaşlı Zehra P. Facebook-da Adanadan olan M.Y. adlı 25 yaşlı gənclə tanış olmuşdu. Onların Facebook söhbətləri bir xeyli davam edib, sonra Zehra Adanaya yollanaraq M.Y. ilə yaşamağa başlayıb.

M.Y. isə Zehra ilə 10 gün yaşayandan sonra onu "satışa çıxarmaq" qərarına gəlib. Zehra bunu biləndə şoka düşüb, M.Y.-ya yalvarıb, "Səni sevirəm, sənin üçün buraya gəldim, sənə ərə getmək istəyirəm" deyib.

Amma xeyri olmayıb.

M.Y. işi belə görəndə qıza içinə yuxu dərmanı həbləri atılmış meyvə şirəsi verib.

Zehra şübhələnib və M.Y.-nin otağı tərk edərək ayaqyoluna getməsindən istifadə edərək evdən qaçıb, polisə zəng vurub.

Mərkəzi Parkda olan Zehra dərmanın təsiri altında olduğundan, polis gələnə qədər huşunu itirib.

Qız xəstəxanaya aparılıb, M.Y. həbs olunub.(milli.az)