Azərbaycanlı iş adamı beynəlxalq axtarışa verilir- Foto

30 Noyabr 2013 09:58 (UTC+04:00)

Rusiyada miqrantlara qarşı hücumlara start verilməsinə səbəb olan Bryulova hadisələrindən sonra bu ərazidəki meyvə-tərəvəz bazasının keçmiş rəhbərləri beynəlxalq axtarışa veriləcək.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qanunsuz miqrasiyada günahlandırılan bazanın əsas səhmdarı İqor İsayev və baş direktoru Əliasab Hacıyev xaricdə gizlənir.

İ.İsayevin Birləşmiş Ərəb Əmirliklərində, Ə.Hacıyevin isə Azərbaycanda gizləndiyinə dair məlumatlar var. Hər iki şəxs hazırda Rusiyada axtarışdadır. Yaxın zamanda hər iki şəxs beynəlxalq axtarışa veriləcək.

Qeyd edək ki, hər iki şəxsə qarşı cinayət işi Orxan Zeynalovun Yeqor Şerbakovu öldürdüyü bildirilən hadisədən 3 gün sonra açılıb. Onlar qanunsuz miqrasiyada ittiham edilirlər.

Elnarə
AzNews.az