48 saatda 43 cəsəd - Vəhşilik

30 Noyabr 2013 15:35 (UTC+04:00)
İraqın Bağdad və Səlahəddin şəhərlərində son 48 saatda 43 cəsədin tapıldığı bildirilir.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, İraq Daxili İşlər Nazirliyi 16 cəsədin Bağdaddakı Tarimiyyə Məhkəməsinin bağçasında basdırılmış, 7 cəsədin isə Səlahəddin şəhərinin müxtəlif bölgələrində başları kəsilmiş halda tapıldığını bildirib.

Salahəddin şəhərində tapılan cəsədlərin bir İtalyan şirkəti tərəfindən inşa edilən stadionda çalışan işçilərə aid olduğu təxmin edilir.

Dünən paytaxt Bağdadda tapılan 20 cəsədlə ölkədə son 48 saat içərisində öldürülənlərin sayının 43-ə çatdığı bildirilir.

Elman
AzNews.az