Sabah gəzməli hava olacaq- Proqnoz

30 Noyabr 2013 11:38 (UTC+04:00)
İstirahət günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında dekabrın 1-də havanın temperaturunun gecə 6-9, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 1-də hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

AzNews.az