Milyarderlər İttifaqının üzvünün bankında qara pullar axtarılır

2 Dekabr 2013 21:04 (UTC+04:00)
"Milyarderlər İttifaqı"nın fəal üzvü, Söyün Sadıqovun iki ən böyük şirkətində total yoxlamalar başlayıb.


Bu barədə AzNews.az-a Sadıqovun fəxri prezidenti olduğu "Azerros"dakı mənbədən xəbər daxil olub.

Xəbərdə deyilir ki, srağagün Sadıqovun sahibi olduğu "Mosjilstroybank"da yoxlamalar başlayıb.

Bankın fəaliyyəti faktiki dayanıb.

Mənbənin dediyinə görə, nəinki Rusiyada, ümumiyyətlə Moskvada o qədər də böyük olmayan bu bank vasitəsi ilə qara pulların yuyulması barədə hüquq-mühafizə orqanlarına siqnallar daxil olub. Hazırda banka heç kim buraxılmır.

Yoxlama eyni zamanda Sadıqovun sahibi olduğu "Mosrekonstruktsiya" şirkətində də aparılır.

Düzdür, şirkət fəaliyyətini davam etdirir, amma mühasibatlıq və maliyyə departamentinin rəhbərlərindən başqa heç kim ora buraxılmır.

Mənbənin dediyinə görə, "Azerros"un və Rusiya Azərbaycanlıları İttifaqı – "Milyarderlər İttifaqını"n mərkəzi aparatında çalışqanların heç biri 3 aydır ki, əmək haqqı almırlar.

Bunun nədən qaynaqlandığı barədə işçilərə məlumat verilmir.

Azər
AzNews.az