Azərbaycan prezidenti BƏƏ prezidentini və baş nazirini təbrik etdi

30 Noyabr 2013 18:36 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Xəlifə bin Zayed əl-Nəhyana təbrik məktubu göndərib.

AzNews.az - ın xəbərinə görə, dövlət başçısı həmkarını BƏƏ-nin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edib.

Prezident İlham Əliyev BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Məktuma da təbrik məktubu göndərib.


AzNews.az