Putinin səfəri Gümrüdən başlayacaq - VİDEO

30 Noyabr 2013 20:04 (UTC+04:00)
Ermənistan defakto öz prezidentləri Vladimir Putini qarşılamağa hazırlaşır. Ölkə iqtisadiyyatının 80%-nin Rusiyalı iş adamlarına məxsus olduğunu yazan Ermənistanın Jamanak qəzeti bu başlıqla yazı dərc edib. Ermənistan mətbuatının yaydığı məlumata görə Rusiya prezidenti Vladimir Putin dekabrın 2-də 600 nəfər nümayəndə heyəti ilə İrəvana səfər edəcək. Rusiya prezidentini yüksək səviyyədə qarşılamaq üçün Vladimir Putinin zirehli maşınları artıq Moskvadan İrəvana gətirilib.

Maraqlıdır ki, Putinin Ermənistan səfəri Rusiyanın bazasının yerləşdiyi Gümrü şəhərindən başlayacaq. Dövlət başçıları Rusiyanın Gümrü şəhərindəki 102 saylı hərbi bazaya da baş çəkəcəklər. Səfər çərçivəsində növbəti ilin fevral ayında Ermənistanın Rusiyanın təşəbüsü ilə yaradılan Gömrük ittifaqına üzv olacağı barədə razılığın əldə eldilməsi də müzakirə olunacaq.

Səfər çərçivəsindəhər iki ölkənin dövlət başçıları bir sıra tədbirlərə, o cümlədən Ermənistan Rusiya regionlararası foruma qatılacaqlar

Bununla əlaqədar artıq Ermənistan iqtidarının mövcud siyasətinə etiraz edənlərin sayı durmadan artır.

Bu ərəfədə "Suveren Ermənistan" adlanan təşəbbüs qrupu yaydığı rəsmi bəyanatda Serj Sarkisyanın yürütdüyü siyasətə etiraz edib, Ermənistanın Gömrük ittifaqına üzvülüyünü pisləyərək bunun erməni xalqını iradəsini əks etdirmədiyini bildirib. Artıq Ermənistanın prezidentliyə keçmiş namizəd "Milli özünü təyin etmə" birliyinin rəhbəri Paruyur Ayrikyanın rəhbərliyi ilə paytaxt İrəvanda icazəli aksiya da keçirilib. Polis təzyiqi ilə üzləşməsinə baxmayaraq aksiya baş tutub və Ayrikyan çıxışı zamanı Serj Sarkisyanın bu addımını pisləyib. Erməni xalqını dekabrın 2-də baş tutacaq səfərə etiraz etməyə çağırıb.

Erməni mətbuatının yaydığı məlumata görə, Serj Sarkisyan baş tutacaq səfərlə bağlı artıq güc struktrlarının rəhbərləri ilə yığıncaq keçirib. Sarkisyan hər hansı bir etiraz aksiyasının baş verməməsi üçün Hüquq Mühafizə Orqanlarının əməkdaşlarına son dərəcə diqqətli olmağı tapşırıb.



AzNews.az