Alyaskada təyyarə qəzaya uğradı - 4 nəfər öldü

30 Noyabr 2013 21:28 (UTC+04:00)

AzNews.az İTAR TASS - a istinadən xəbər verir ki, Alyaskanın cənub hissəsində kiçik matorlu təyyarə qəzaya uğrayıb. Təyyarədə 11 nəfər olub, onlardan 4 nəfəri ölüb. Təyyarə Cessna 208 , ştatın ən böyük şəhəri Ankoridjanın 856 kilometrliyində yerləşən Sent-Meri kəndinin ərazisində yerə düşüb. Xilasedicilər qəzanın baş verdiyi yeri müəyyənləşdiriblər. Onlar sağ qalanlara lazım olan yardımları göstəriblər.
Təyyarə Betel - Sant- Meri marşrutu üzrə uçan zaman radarlardan yoxa çıxıb. Qəzaya uğrayan Cessna Era Alaska kompaniyasına məxsus olub.

Azər
AzNews.az