NATO-nun baş katibi Ukraynaya çağırış etdi

2 Dekabr 2013 08:00 (UTC+04:00)
NATO-nun baş katibi Anders Foq Rasmussen Ukraynda baş verən hadisələrlə bağlı müraciət edib. Rasmussen müraciətində hər iki tərəfi zorakılıqdan çəkinməyə, Ukrayna hökumətini söz və azad toplaşmaq azadlığına hörmət etməyə çağırıb: "Mən bütün tərəfləri güc tətbiqi və zorakılıqdan çəkinməyə çağırıram".

NATO-nun baş katibi Kiyevdə çox sayda ukraynalının Avropa İttifaqı ilə daha yaxın əlaqələr tərəfdarı olduğunu bildirib. Baş katibin sözlərinə görə, zorakılıq və güc tətbiqi demokratik cəmiyyətdə siyasi məsələlərin həlli yolu deyil.

Elnarə
AzNews.az