H1N1-virusu ana bətnindəki körpələr üçün təhlükəlidir

10 Avqust 2012 08:32 (UTC+04:00)

2009-cu ildə H1N1 qrip virusunun yayıldığı vaxt hamilə qadınlar həyati təhlükə yaradan ağırlaşmalarla üzləşmişdi. "March of Dimes" təşkilatından doctor Maykl Katz bu virusun həm analar, həm doğulmamış körpələr üçün təhlükə yaratdığını deyir. "Qripin bu növü uşaqlıq üçün böyük təhlükədir. Çox hallarda bu, təcili abortlara yol açır. Virus uşaqların vaxtından əvvəl və ya qüsurlu doğulmasına səbəb ola bilər".

AzNews.az-ın amerikaninsesi.org saytına istinadən verdiyi məlumata görə, məhz buna görə ABŞ-ın səhiyyə rəsmiləri H1N1 vaksinləri vurulması üçün hamilə qadınları prioritet qrupu elan edib.

Xəstəliklərə Nəzarət Mərkəzi qadınları hamilələyin ilkin çaqlarında vaksin vuruımasına çağırır. Epidemiya dövründə Avropa həkimləri də eyni məsləhətlərlə çıxış etmişdi. Bu, Avropada adi hal olmasa da, xəstəlik vəziyyəti dəyişmişdi. Doktor Bjorn Pasternak: "2009-ci ilin H1N1 pandemiki xüsisi bir vəziyyət yaratmışdı. İlk dəfə idi ki, Avropanın əksər ölkələrində hamilə qadınlara vaksinlər təklif edilirdi.

Dr. Pasternak Danimarka institutunda H1N1 vaksinlərinin araşdırılmasına rəhbərlik edib: "Hamiləlik dövründə təhlükəsizliklə bağlı məlumat bazası mövcud deyildi." Araşdırmalar hamiləlılik dövründə analarının vaksin aldığı və almadığı 330 uşaq üzərində aparılmışdı. Hamiləliyin ilkin mərhələsində uşaqlıq xəstəliklərə çox həssas olur.

Alimlər vaksinin təsirinə məruz qalan körpələrin digərləri ilə müqayisədə daha az qüsurlarla doğulduğunu aşkar edib. Bundan əlavə vaksinsiz uşaqların vaxtından əvvəl dünyaya gəldiyi də müəyyən edilib. Bjorn Pasternak deyir ki, vaksinlərin doğum defektləri riskini azaltdığını aşkar ediblər. Dr. Katz da bununla razılaşır: "Əgər təhlükə varsa, vaskinlər dərhal qəbul edilməlidir."

Araşdırmaların nəticələri Amerikanın Tibb Assosiasiyası jurnalında dərc edilib.


AzNews.az