İrəvanda Rusiya əleyhinə yürüş başladı

2 Dekabr 2013 13:25 (UTC+04:00)
Yerevanda Ermənistanın Gömrük İttifaqına daxil olmasına qarşı yürüş başlayıb. Yürüşü daha əvvəl müxtəlif küçələrdən keçməklə Ermənistan Prezidentinin iqamətgahında yekunlaşdırmaq planlaşdırılırdı.

Trend-in verdiyi məlumata görə, lakin polis əməkdaşları aksiya iştirakçılarını Respublika meydanına buraxmayıblar.

"Avro Ermənistan", "Müstəqil Ermənistan", "Biz ölkəmizin sahibiyik" kimi müxtəlif şüarlar səsləndirən etirazçılar əllərində Ermənistan və Ukrayna bayraqları, eləcə də "STOP-Russia" plakatı tutublar.

Hadisə yerinə xeyli sayda polis əməkdaşı cəlb edilib.

AzNews.az