AXCP-dən Asəf Quliyevin açıqlamalarına- Reaksiya

2 Dekabr 2013 14:54 (UTC+04:00)



Xəbər verdiyimiz kimi, sabiq AXCP funksioneri Asəf Quliyev prezident seçkilərinə 4 gün qalmış Milli Şuradan və AXCP-dən istefa verməsinin səbəblərinin açıqlayıb. O istefasının səbəblərindən biri kimi Arif Hacılının Milli Şuranın rəhbərliyinə gətirilməsi, Milli Şuraya qarşı olduqları halda Pənah Hüseyn və Rauf Arifoğlunun Cəmil Həsənlinin vəkili təyin edilməsini göstərib. Adları çəkilən şəxslər Asəf Quliyevin məntiqsiz, eyni zamanda yalan danışdığını bildiriblər.

Asəf Quliyevin Milli Şuradan və AXCP-dən istefası ilə bağlı açıqladığı səbəblərin əsassız və inandırıcı olmadığını AXCP-dən də bildirdilər. AXCP sədrinin müavini Gözəl Bayramlı "Yeni Müsavat"a açıqlamasında bildirib ki, istefa verməsinin əsl səbəbini Asəf Quliyev özü yaxşı bilir: "Onun mətbuat konfransında istefasına səbəb kimi verdiyi açıqlamalar qanedici, inandırıcı deyil. Azərbaycan cəmiyyəti bu açıqlamalara inanmayacaq, onu səmimi qəbul eləməyəcək. Asəf bəy bununla cəmiyyəti inandıra bilməyəcək. İstefa verməsinin əsl səbəblərini isə Asəf bəy özü daha yaxşı bilir. Cəmiyyətlə səmimi olub əsl səbəbi açıqlamağa ehtiyac var idi. Asəf Quliyev isə bunu edə bilmədi. Başqa heç bir fikir söyləmək istəmirəm. Hər kəs öz açıqlamasına, hərəkətinə cavabdehdir".

AzNews.az