Kiyevdə yaralı sayı 340-a yüksəldi
2 Dekabr 2013 15:38 (UTC+04:00)
Kiyevdə Avropaya inteqrasiya tərəfdarlarının keçirdiyi etiraz aksiyalarına milisin müdaxiləsi nəticəsində xəsarət alanların sayı 340 nəfərə çatıb. Bura həm aksiyaçılar, həm də xəsarət alan milis əməkdaşları daxildir.
AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, artıq 190 nəfər aksiya iştirakçısı təcili tibbi yardıma müraciət edib.
150 milis əməkdaşı və "Berkud" xüsusi təyinatlılarının xəsarət aldığı bildirilir.
Elnarə
AzNews.az