Gülər Əhmədova apellyasiya şikayəti edəcək
2 Dekabr 2013 17:54 (UTC+04:00)
Bu gün Ağır Cinayətlər Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı çıxarılan hökmdən apellyasiya şikayəti veriləcək.
Bu barədə "Qafqazinfo"ya Gülər Əhmədovanın vəkili Əfsər Talıbov deyib. Onun sözlərinə görə, hökmü alan kimi mütləq apellyasiya şikayəti veriləcək.
Qeyd edək ki, bu gün hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə G. Əhmədovaya 3 il iş verilib.
AzNews.az