Şagirdlər beynəlxalq müsabiqədə qalib oldular

2 Dekabr 2013 21:30 (UTC+04:00)
Estoniyanın Narva şəhərində "Baltika ulduzları" IV Beynəlxalq musiqi müsabiqəsi keçirilmişdir.
Müsabiqədə Azərbaycanı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin üçüncü sinif şagirdi Elçin Məmmədov və beşinci sinif şagirdi Ağarəhim Quliyev təmsil etmişlər.
İdarədən AzərTAc-a bildirmişlər ki, müsabiqədə Elçin Məmmədov fortepiano və Ağarəhim Quliyev fleyta nominasiyaları üzrə birinci yerlərə layiq görülmüşlər.


AzNews.az