Sarkisyan Putinə İlham Əliyevlə görüşdən danışdı

2 Dekabr 2013 23:02 (UTC+04:00)
"Rəsmi İrəvanla rəsmi Moskva Dağlıq Qarabağ probleminin sülh yolu həll edilməsinin tərəfdarıdır". ANS PRESS-in "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

"Mən noyabrın 19-da Vyana şəhərində Azərbaycan prezidenti İlham Əliyevlə görüşüm barədə Rusiya prezidentini məlumatlandırdım. ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədrinin bu problemin çözülməsi üçün göstərdiyi səyə görə minnətdarlığımı bildirirəm", - deyə Ermənistan prezidenti söyləyib.


AzNews.az