Aktrisanı ölənə qədər döydülər

2 Dekabr 2013 23:37 (UTC+04:00)
AzNews.az qırğız saytlarına istinad edərək xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə naməlum şəxslər tərəfindən Ç.Aytmatov adına rus-dram teatrının 50 yaşlı aktrisası Oksana Qoqol ölənə qədər döyülüb.

Hadisə 30 noyabr , gecə Bişkekin mərkəzindəki bağlardan birində baş verib. Aktrisa ancaq səhər tapılıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq aldığı xəsarətlər ağır olduğuna görə onu xilas etmək mümkün olmayıb.

Qadının bədənində çoxlu xəsarətlər müəyyən olunub. Cinayət işi qaldırılıb, istintaq aparılır.

Əli
AzNews.az